15 C
Baku
Friday, May 3, 2024

ABŞ bankirləri neft qiymətləri üzrə proqnozlarını azaldırlar

ABŞ-ın aparıcı banklarının analitikləri ardıcıl 4-cü ay neft proqnozlarını aşağı salırlar.

“The Wall Street Journal”a istinadən, avqust ayının sonunda aparılan sorğuda iştirak edən 14 investisiya bankının ortaq proqnozuna görə, “Brent” markalı neftin orta qiyməti 2018-ci ildə 54 dollar/barel təşkil edəcək ki, bu da iyul proqnozundan 1 dollar/barel azdır.

“WTI” markalı neft üçün proqnoz isə 2 dollar/barel azaldılaraq 51 dollar/barelə endirilib.

Qeyd edək ki, sorğu ABŞ-ın Meksika körfəzində yaranan “Harvey” qasırğasından öncə aparılıb.

ABŞ-ın “Jefferies” investisiya bankının analitiki Ceyson Qammel (Jason Gammel) hesab edir ki, neft təklifinin növbəti ilin sonuna qədər ciddi azalması gözlənilmir: “Çətin ki, OECD ölkələrinin neft ehtiyatları son 5 ilin orta səviyyəsinə geriləsin”.

“Capital Economics”in əmtəə bazarları üzrə analitiki Tomas Pyu (Thomas Pugh) isə düşünür ki, gələn il neftin ucuzlaşacağı ehtimal edilir:

“OPEC+ anlaşması bitəcək, ABŞ-da isə hasilat artmaqda davam edəcək”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər