Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

0
Tiflis, Gürcüstan /FOTO: Vikipedia

2017-ci ilin birinci yarısında Azərbaycan Gürcüstana 224,2 mln. dollar investisiya yatırmaqla qonşu ölkənin ən iri investoru adını qoruyub.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 20,3% azalıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cari ilin ilk yarısında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% azalaraq 751 mln. dollar təşkil edib.

İkinci rübdə isə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 346,6 mln. dollar olub ki, bu da ötən ilin analoji göstəricisindən 14,3% azdır.

Ümumilikdə, Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 36,6%-i Azərbaycanın payına düşüb. Azərbaycanla yanaşı Gürcüstana ən çox investisiya yatırmış ölkələrin ilk üçlüyünə Niderland (12,4%) və Türkiyə (11,3%) daxildir.

Qeyd olunan dövrdə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, mehmanxana və restoranlar, energetika və daşınmaz əmlak sektorlarına yönəldilib.