VAKANSİYA 1: İT auditi üzrə menecer
İT auditi üzrə menecer vəzifəsinə tələblər:
• Xüsusi və gündəlik tapşırıqlar vasitəsilə Qrupun şirkətlərində İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi üzrə daxili hədəflərə vaxtında və keyfiyyətli şəkildə nail olmanı idarə etmək. Onun gedişatı haqda hesabat vermək və lazım olduqda islahedici tədbirlərin görülməsini təklif etmək;
• Qrupun şirkətlərində İT və İnformasiya Təhlükəsizliyi ilə bağlı audit məlumatlarını mütəmadi olaraq nəzərdən keçirmək (xüsusilə, məzmun ilə sənədləri müqayisə etmək). İşlərin gedişatı haqda hesabat vermək və lazım olduqda islahedici tədbirlər təklif etmək;
• Daxili Audit üzrə funksional vahidlərə dəstək verərək, Qrupun şirkətlərində İT və İS üzrə illik Audit Planlarının vaxtı-vaxtında işlənib tərtib edilməsi və icrasını təmin etmək. İşlərin gedişatı haqda hesabat vermək və lazım olduqda islahedici tədbirlər təklif etmək;
• Mütəmadi olaraq Audit Hesabatlarının dəqiqliyi və vaxtı-vaxtında olub-olmadığını nəzərdən keçirmək və Qrupun şirkətlərində İT və İS üzrə Daxili Audit tövsiyələrinin tətbiq edilməsi statusuna nəzarət etmək. Onlar üzrə keyfiyyət zəmanətini təmin etmək;
• Qrupun şirkətlərində İT və İS üzrə Audit Komitələrinin hesabatlarının hazırlanmasına dəstək vermək;
• Qrup üzrə Audit Departamenti (QA) tərəfindən həyata keçirilmiş layihələrin ümumi statusunu əlaqələndirmək və onun haqda hesabat vermək;
• QA və Qrupun şirkətlərindəki işçi heyətinə İT və İS üzrə təlim vermək;
• Qrupun şirkətlərində İT və İS üzrə fərdi öhdəliklərin yerinə yetirilməsi;
• Beynəlxalq metodiki göstərişlər və standartlara əsaslanaraq Qrupun bütün şirkətlərində İT və İS üzrə İT mühiti üzrə təminat vermək;
• İT və İS ilə bağlı tənzimləmələrin səmərəliliyinə təminat vermək;
• Qrup şirkətlərinin İT, Daxili Audit və İS funksiyalarına İT və İS üzrə məsləhət xidməti göstərmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• İnformasiya texnologiyaları sahəsində Bakalavr dərəcəsi;
• CIA/CISA/CISM/CISSP/CRISC/CGEIT sertifikat və lisenziyaları;
• Azərbaycan, İngilis, Rus və Türk dillərinin biliyi;
• MS Office, MS Windows məhsullarının əla biliyi;
• Unix, RAC da daxil olmaqla Oracle Microsoft SQL Server 2008 / 2012, Microsoft Windows Server 2008 R2 / 2012 and Windows, Networking, Firewalls: Checkpoint and Palo Alto, Storage Area Networks, Cisco IOS and SunOS, WebSphere MQ, Message Broker məhsullarının, eyni zamanda Application Server, Virtualization, ERP sistemlərinin geniş biliyi;
• Müvafiq sənayelər və İT üzrə audit funksiyası ilə bağlı “best practice” haqda digər biliklər;
• 3 il İT auditi sahəsində olmaqla, ümumi minimum 5 il iş təcrübəsi;
Üstünlük verilən Təhsil, Təcrübə və Bacarıqlar
• Sahəyə aid (CIA/CISA/CISM/CISSP/CRISC və s.) sertifikat və lisenziyaları;
• İIT Aauditi üzrə iş təcrübəsi əlavə üstünlük hesab olunacaq.;
Daha çox vakansiyalar üçün Peşəkar İnkişaf səhifəsini Facebookdan izlə!
VAKANSİYA 2: Biznes Qrupu daxilində mütəxəssis
İşin təsviri:
• PAŞA Holdingə daxil olan bankların və/və ya sığorta şirkətlərinin Azərbaycanda və xaricdə fəaliyyətləri haqqında müntəzəm hesabat əsasında fasiləsiz monitorinqinin aparılması və fəaliyyətin istiqamətləri, eyni zamanda həmin fəaliyyət ilə bağlı olan risklər və ya hər hansı digər məsələlər haqqında Biznes Qrupunun direktorunun məlumatlandırılması;
• Müşahidə Şurasının və/və ya Müşahidə Şurasına hesabat verən komitələrin qərarlarının banklarda və/və ya sığorta şirkətlərində vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə banklar və/ və ya sığorta şirkətləri ilə qarşılıqlı əlaqə;
• Müxtəlif layihələr/qərarlar/metodologiyaların PAŞA Holdingə daxil olan banklara və/ və ya sığorta şirkətlərinə uyğun səviyyədə qurulması və həyata keçirilməsi məqsədilə Holdingdaxili funksional Qruplar ilə (məsələn, Maliyyə, Risklərin idarəedilməsi, HR, Audit, İT, PMO) qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;
• Bankların və/ və ya sığorta şirkətlərinin biznes ehtiyaclarına təsir göstərə biləcək potensial dəyişikliklər üçün bankların və/ və ya sığorta şirkətlərinin bank sektoru və tənzimləyici orqanların monitorinqi;
• Biznes qrupunun direktoru tərəfindən verilmiş tapşırıqlar əsasında tələb olunan xüsusi təhlillərin aparılması;
• Holdingə daxil olan bankların biznes planlarının və büdcələrinin keyfiyyətli və zamanında hazırlanmasının təmin edilməsi;
• Biznes Qrupu direktorunun göstərişlərinin/birgə qərarların (SA və ya Funksional qrupların rəhbərliyi ilə birgə) mütəmadi qaydada icrası və gecikmələr və ya uyğunsuzluqlar yarandığı halda Biznes Qrupu direktorunu məlumatlandırmaq yəni Biznes Qrupu direktoru üçün layihə meneceri funksiyasının yerinə yetirilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Maliyyə/ Biznesin idarəedilməsi sahəsində Bakalavr dərəcəsi;
• Bankçılıq və ya sığorta sahəsində 3-4 il peşəkar təcrübə;
• Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• CFA üzrə (2-ci dərəcə) üstünlükdür;
• İngilis, Azərbaycan və Rus dillərində mükəmməl bilik;
• MS Office proqramlarının (Excel, PowerPoint, Word) mükəmməl bilik səviyyəsi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində vakansiyanın adını qeyd olunmalıdır;
• CV-lər 11 oktyabr, 2017-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.