13 C
Baku
Sunday, April 21, 2024

117,2 milyon manat bazara necə təsir edib?

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən oktyabr ayında daşınmaz əmlakın tikintisinə və alınmasına 117,2 milyon manat kredir verilib. Bu 2015-ci ildəki aylar üzrə ən böyük rəqəmdir. Bu məbləğin bazara nə cür təsir etməsi ilə bağlı banker.az ekspert Rəşad Əliyevə müraciət edib. Rəşad Əliyev bildirib ki, kreditləşmənin bazara o vaxt təsiri ola bilər ki, kredit məbləğləri birbaşa olaraq mənzil alışına yönəldilsin. Belə olan halda bazarda tələbat artır. Ancaq bu 117,2 mln manatın çox az hissəsinin təkrar bazara yönəldilməsini hesab edirəm. Bu isə həmin bazarda tələbatın artmasına təsir etməyib və məntiqi olaraq qiymətlərə təsirindən söhbət gedə bilməz. Ancaq istisna etmirəm ki, bu məbləğin əsas hissəsi ilkin bazardan mənzil alışına (banklar tərəfindən tikilməkdə olan binalarda ipoteka kreditləşməsi həyata keçirir) və tikinti işlərinə yönəldilib. Bu ilkin bazarda satış həcminə dəstək göstərə bilər, ancaq bazardakı qiymətlərə təsirdən danışmaq olmaz. Kredit vəsaitləri üzrə açıqlamanın həddən artıq ümumiləşdirilmiş olması qiymətləndirmə aparmağa mane olur. Ancaq bazardakı vəziyyət artıq hər şeyi göstərir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər