Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişikliklər edilməsi barədə Artur Rasi-Zadə sənəd imzalayıb.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, maddə 616, № 4, maddə 775) ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və” sözləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra- Məcəllə) 76-1-ci maddəsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
2. 2.1.1-ci yarımbənddə “Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə” sözləri “vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra – beynəlxalq müqavilələr)” sözləri ilə, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərdə “müqavilənin” sözü “müqavilələrin” sözü ilə, 3.1.4-cü yarımbənddə “müqaviləyə” sözü “müqavilələrə” sözü ilə, 4.2-ci, 5.2-ci bəndlərdə “tərəfdar çıxdığı beynəlxalq sazişlərdə” sözləri “beynəlxalq müqavilələrdə” sözləri ilə, 4.13-4.16-cı, 4.21-ci bəndlərdə “Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin” sözləri “beynəlxalq müqavilələrin” sözləri ilə əvəz edilsin.
3. 2.1.5-ci yarımbənddən, 4.1-ci, 4.12-ci, 4.20-ci, 4.21-ci bəndlərdən “Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq” sözləri, 2.1.5-ci yarımbənddən “həmin” sözü, 2.1.10-cu, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərdən, 5.1-ci (hər iki halda), 5.2-5.4-cü bəndlərdən “həmin xarici dövlətlərlə bağlanılan müvafiq” sözləri çıxarılsın və 4.1-4.4-cü bəndlərdə “Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq” sözləri “Beynəlxalq” sözü ilə əvəz edilsin.
4. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.2. maliyyə institutu – Məcəllənin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi:
2.1.2.1. bank fəaliyyəti;
2.1.2.2. həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;
2.1.2.3. depozitar fəaliyyəti –Məcəllənin məqsədlərinə uyğun olaraq depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
2.1.2.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;
2.1.2.3.2. müəssisənin fəaliyyət göstərdiyi müddət;
2.1.2.4. qiymətli kağızların (veksellər, depozitar qəbzi və s.), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti;
2.1.2.5. investorların portfellərinin idarə edilməsi fəaliyyəti;
2.1.2.6. bu Qaydaların 2.1.2.1-2.1.2.5-ci yarımbəndlərində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə edilən hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət.”.
5. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlər ləğv edilsin.
6. 2.1.7.1-ci, 2.1.7.2-ci və 3.1.5-ci yarımbəndlərdə “müqaviləsi” sözü “və (və ya) annuitet sığortası müqavilələri” sözləri ilə əvəz edilsin.