10 C
Baku
Thursday, December 12, 2024

“Sumqayıt Texnologiyalar Parkı” 3 vəzifə üzrə vakansiya elan edir

VAKANSİYA 1: 1C operatoru (Mütəxəssisi)

Vəzifə öhdəlikləri:

• 1C 8.2, 8.3 platformu üzərində şirkət fəaliyyətinin dəstəklənməsi və avtomatlaşdırılması;
• Proqram təminatının daimi olaraq yaxşılaşdırılması və optimallaşdırılması (proqramlaşdırılması);
• İnkişaf etdirilmiş alt sistemlərin dətəkənməsi;
• Konfiqurasiyaların müşayət edilməsi və işlənilməsi;
• Riyazi hesablamaların aparılması;
• İstifadəçilərin yarana biləcək suallar və çətinliklər üzrə konsultasiyası, habelə proqram təminatı ilə bağlı təlimlərin keçirilməsi;
• Texniki sənədləşmələrin və istifadəçi təlimatlarının hazırlanması.

Təhsil/Təcrübə:

• İnformasiya Texnologiyaları və ya iqtisadiyyat üzrə ali təhsilli olmalı;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı;
• Sertifikasiya arzuolunandır;
• Proqram inzibatçılığını, habelə 1C proqramının 8.2, 8.3 versiyalarının proqramlaşdırılmasını bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan dili sərbəst, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək;
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stresə davamlı olmalı.

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]


VAKANSİYA 2: SƏTƏM üzrə mühəndis

Vəzifə öhdəlikləri:

• Bütün işçilər, podratçılar və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM  qaydaları ilə tanış edilməsi;
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri  məlumatlandırmaq  və  əməl edilməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək;
• İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin etmək, risklərin qiymətləndrimək, zəruri   tədbirlərinin  alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
• Baş vermiş  bədbəxt hadisələrin təhqiqatını aparmaq,  hadisəni törədən səbəblərin müəyən etmək,  hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək  və   müəyyən edilmiş   səbəblərin  aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
• Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək;
• Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin  zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət;
• SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqini, daxili auditlərin təşkili və həyata keçirilməsi və düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə təmin etmək;
• Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasını təqib etmək;
• SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək;
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlər keçirmək;
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə  hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq.

Təhsil/Təcrübə:

• Ali təhsil (Texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsal sahəsində təcrübə arzuolunandır);
• Azərbaycan dilinində sərbəst danışmalı,  Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• ISO14001 və OHSAS 18001 standartları haqqında biliklər aruolunandır;
• Beynəlxalq sertifikasiya arzuolunandır (HEBOSH, OSHA, IOSH, CISH və s.);
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;


VAKANSİYA 3: Xanım nəzarətçi

Vəzifə öhdəlikləri:

• Müəssisənin nəzarət buraxılış məntəqələrində nəzarəti həyata keçirmək;
• Şübhəli vəziyyət yarandıqda xanım əməkdaşların çantalarını və üstlərini yoxlamaq;
• Müəssisəyə aid materialların və maddi vəsaitlərin oğurlanması hallarının qarşısını almaq və oğurluq baş verdikdə dərhal rəhbərliyi məlumatlandırmaq;
• Mühafizə vasitələrindən, o cümlədən mühafizəçi formasını qaydası ilə istifadə etmək (iş ərazisində həmişə səliqəli, təmiz formada olmaq lazımdır).

Təhsil/Təcrübə:

• Orta təhsil (İdman dərəcəsi arzuolunandır);
• Analoji sahədə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Nəzarət yoxlama cihazları ilə işləmə bacarığı arzuolunandır;
• Ciddi, diqqətli, səbrli və stressə davamlı olmalı.

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, Nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər