11 C
Baku
Thursday, November 14, 2024

Yeni “Google” smartfonlarının təqdimat tarixi açıqlanıb

“Google” şirkəti rəsmi “YouTube” kanalında video dərc edərək yeni nəsil “Pixel” smartfonlarının təqdimat tarixini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, videoçarx istifadəçilərin pis kamera, az yaddaş tutumu və zəif batareya ilə təchiz edilən smartfonlardan şikayətlərinə həsr edilib. Videonun sonunda tamaşaçılara “Smartfonu dəyişməyi düşünürsünüz? Xətdə qalın, daha ətraflı məlumat oktyabrın 4-də veriləcək” məlumatının yerləşdiyi sayta keçid almaq təklif olunur.

Bildirilir ki, söhbətin “Pixel 2” və “Pixel 2 XL” smartfon modellərinin təqdimatından getməsi ehtimal edilir. Tədbir reklam çarxında göstərilən suallara həsr olunacaq.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatlarda “Pixel 2” smartfonunun “Full HD” təsvir ölçülü 4,97 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi qeyd olunub. Öz növbəsində “Pixel 2 XL” modelinin “Quad HD” təsvir ölçülü 5,99 düym diaqonallı “OLED” displeyə, 4 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacağı gözlənilir.

İyulun ortalarında internetdə “Pixel 2 XL” smartfonunun şəkilləri yayılıb. Şəkillərdən məlum olub ki, yeni smartfonda barmaq izi skaneri qurğunun arxa panelinin yuxarı hissəsində yerləşəcək.

Son xəbərlər
Digər xəbərlər