10 C
Baku
Friday, December 13, 2024

Siri ən axmaq süni intellekt elan edildi

Çindən olan bir qrup tədqiqatçı Apple şirkətinin yaratmış olduğu Siri adlı süni intellekt ən axmaq “ağıllı köməkçidir”.

Banker.az Business Insider nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər müxtəlif süni intellektlərin IQ dərəcəsini qiymətləndirib. Beləliklə, 2016-cı ildə bunlar sırasında Google şirkətindən olan assistent 47,3 bal ilə lider adını qazanıb. Onun ardınca intellekt səviyyəsinə görə Baidu (33 bal), Microsoft Bing (32) və Siri (24) gəlir. Mütəxəssislər qeyd edib ki, 6 yaşlı uşağın IQ dərəcəsi orta hədlə 55,5 bal təşkil edir.

Daha əvvəl dünya mediasında yayılan xəbərə görə, Apple şirkətinin səsli köməkçisi Siri “Bolqarıstanın milli himni” sorğusuna nəticə olaraq Puerto Rikalı musiqiçi Luis Fonsinin Despacito mahnısını təqdim edir.

Siri – Apple şirkətinin iOS, watchOS, macOS və tvOS məhsullarına daxil olan şəxsi səsli köməkçidir. O ilk dəfə 2011-ci ildə iPhone 4s modelində peyda olub.

 

Son xəbərlər
Digər xəbərlər