25 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Visa” “fast food” restoranlarında banklararası komissiyanı iki dəfə azaldıb

Screen Shot 2021 09 02 at 14.34.20

Sentyabrın 1-dən etibarən “Visa” ödəniş sistemi “fast food” restoranlarında ekvayer bankın emitent banka ödədiyi komissiyanı iki dəfə – 0.5%-dək azalıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl bu komissiya 0.95% olub.

“Visa” elektron ödənişlərin inkişafı üçün komissiyaları vaxtaşırı nəzərdən keçirdiyini və yeni proqramları “bazar reallıqlarına uyğunlaşdırdığını” bildirib.

Ekspertlərin fikrincə, inflyasiyanın artması nəticəsində “fast food”a tələb artacaq. Ödəniş sistemi üçün artan trafik seqmentinin nağddan nağdsız dövriyyəyə keçməsi sərfəlidir.

1 fevral 2022-ci ildən etibarən böyük “fast food” restoranları, mebel mağazaları, uşaq malları və oyuncaqlar, məişət texnikası və digərləri üçün güzəştli proqramlardan premium kartlar istisna ediləcək.

8 iyul 2022-ci ildən sistem mebel mağazalarında digər ödənişlər üçün güzəştli tarifi ləğv edib, 5 avqustdan – məişət texnikası mağazalarında və 30 sentyabrdan – kuryer xidmətlərində.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər