29 C
Baku
Saturday, July 13, 2024

12 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

2022-ci ilin 28 yanvar – 3 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ümumilikdə 12 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, qeydiyyata alınan baytarlıq preparatlarından 3 ədədi Niderland, 4 ədədi Çin, 5 ədədi isə Türkiyə istehsalıdır.

Qeyd edək ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi (AQTA) tərəfindən həyata keçirilir.

İstehsalçı ölkə İstehsalçı şirkət Preparatın adı Preparatın növü
1 Niderland Beaphar B.V. Top 10 for cats yem əlavəsi
2 Niderland Beaphar B.V. Top 10 for dogs yem əlavəsi
3 Niderland Beaphar B.V. Dental Sticks yem
4 Türkiyə Faber Kimya & İlaç San. Tic. Ltd.Şti. Acidex Best 440 Plus baytarlıq preparatı
5 Türkiyə Faber Kimya & İlaç San. Tic. Ltd.Şti. Acidex Rapid 505 Plus baytarlıq preparatı
6 Türkiyə Faber Kimya & İlaç San. Tic. Ltd.Şti. Acidex H 912 baytarlıq preparatı
7 Türkiyə Faber Kimya & İlaç San. Tic. Ltd.Şti. Acidex Lacto Foam baytarlıq preparatı
8 Türkiyə Dollvet Veteriner Aşı İlaç Biyolojik Madde Üretimi San. ve Tic. A.Ş. ROCODOLL baytarlıq preparatı
9 Çin Hulunbeier Northeast Fufeng Biotechnologies Co. Ltd. L-Treonin 98,5% yem əlavəsi
10 Çin Qiqihar Longjiang Fufeng Biotechnologies Co. Ltd. L-Lizin Monohidroxlorid yem əlavəsi
11 Çin Xinijiang Meihua Amino Acid Co.Ltd L-Threonin 98,5% Fid Qreyd yem əlavəsi
12 Çin Xinijiang Meihua Amino Acid Co.Ltd L-Lizin Monohidroxlorid Fid Qreyd yem əlavəsi
Son xəbərlər
Digər xəbərlər