12 aya, Zukerberg mühafizəsinə $20 mln. xərcləyib

0

“Facebook” şirkəti qurumun rəhbəri Mark Zukerberg-in şəxsi mühafizəsi üçün 2018-ci ildə 20 milyon dollar vəsait xərcləyib. Bu barədə “CNBC” telekanalı ABŞ Qiymətli kağızlar və birjalar üzrə federal Komissiyasına daxil olmuş sənədlər əsasında məlumat yayıb.

Sənəddə qeyd olunur ki, son iki il ərzində Zukerberg-in və onun ailəsinin mühafizəsi üçün ayrılmış vəsait 4 dəfə artırılıb. Belə ki, 2016-cı ildə bu məqsədlə 5,1 milyon, 2017-ci ildə isə 9,1 milyon dollar xərclənib.
Qeyd olunur ki, M.Zukerberg il ərzində simvolik olaraq 1 dollar məvacib alır. Şirkət isə öz öhdəliklərinin qarşılığında ona külli miqdarda kompensasiya ödəyir. Məlumata görə, “Facebook” rəhbərinin şəxsi avianəqliyyatı üçün əlavə 2,6 milyon dollar ödənilib.