24 C
Baku
Wednesday, October 2, 2024

“12 kvadrat” psixoloji testi

Sadəcə kvadratların içərisində nə isə təsvir edin və özünüz haqqında daha çox öyrənin. Nəticəni sonda öyrənə bilərsiniz.

1. Burada özünüzə münasibətinizi və özünüz haqqqında düşüncələrinizi təsvir edirsiniz. Əgər təbəssüm edən sima, fiqur təsvir etmisinizdə bu yaxşı yumor hissinizin olduğunu, diplomatik və sakit təbiətə məxsus olduğunuza işarədir. Qəribə karikaturalar çəkməyə üstünlük vermisinizsə bu davakarlıq və qapalılıq, günəş təsvir etmisinizsə liderlik bacarığına sahib olduğunuz deməkdir. Gül çəkmək – zəriflik, göz – qürurlu və şübhəçi xarakterə malik olmağınız, insanlarla qarşılıqlı münasibətinizi idarə etməyə çalışmağınıza bir işarədir.

2. Əgər təsvir etdiyiniz şəkil kvadratın sərhədləri kənarına çıxırsa narahat xarakterə sahib birisiniz və vaxtınızın çoxunu evdə keçirməyinizi düşünmək yanlış haldır. Və əksinə tənha ev və yaxud yaşayış yerini xarakterizə edən hər hansı bir obyekti təsvir etmək ev istiliyinə ehtiyacınız olduğunun bariz nümunəsidir. Təsvirinizin kvadratın mərkəzində yerləşərsə bu evlə və ətraf mühit arasında maraqlarınızı bərabər şəkildə böldüyünüz deməkdir.

3. Hədəfə doğru gedən ox təsvir etmisinizsə, sizin inkişaf etmiş ambisiyanız var və məqsədinizə nail olmaq üçün ciddi-cəhdlə işləmək əzmindəsiniz. Kvadratı çoxlu sayda ox və xətlərlə tamamlamısınızsa, ambisiyalısınız, lakin öz məqsədinizdən əmin deyilsiniz. Kvadratın içərisində ox və xətlərə bənzəməyən hər hansı başqa bir şey təsvir etmisinizsə, çox güman ki, üsyankar və tərs xarakterə sahibsiniz.

4. Bu kvadrata insanlar çoxlu sayda fiqur və təsvir yerləşdirir. Çoxlu təsvir çoxlu dost deməkdir. Əgər cəmi 1 xətt çəkmisinizsə, deməli qapalı, ünsiyyəti sevməyən insansınız. Kərpic təsvir etdiyiniz halda melanxoliyaya meyilli və kaprizli bir şəxssiniz.

5. Bina, işıq dirəyi, heyvan boynu və s. təsvir etdikdə bu sağlam həyat tərzi yaşadığınıza işarədir.

6. Əgər rəsmə tamamilə tabe olursunuzsa, bu o deməkdir ki, insanlara asanlıqla etibar etmək xüsusiyyətinə maliksiniz. Təsviriniz bucaqlı həndəsi fiquru xatırladarsa, demək ətrafınızdakı insanlardan fərqlənirsiniz. Cəmiyyətlə ünsiyyətinizdə hakimiyyətə can atmaq meylləri güclüdür.

7. Dalğalı xətlərin mərkəzində nə isə təsvir etmisinizdə, demək özünüzü əmin və təhlükəsiz şəraitdə hiss edirsiniz. Və əgər əksinədirsə, öz gücünüzə az inanırsınız. Batan nəyisə təsvir etmisinizsə bu gələcəyinizlə bağlı narahat olduğunuza işarədir. Yox əgər hər hansı bir xətti ornament təsvir etmisinizsə, şübhəsiz böyük zəhmətlə işləyə bilən və nadir hallarda səhvə yol verən birisisiniz.

8. Boş kvadratda təsvir etdiyiniz hər bir şey sizin maraq dairənizi təcəssüm etdirir. Əgər kvadratı boş saxlamısınızsa, güman ki, həyatınız maraqsızdır və buna görə də özünüzə hər hansı bir hobbi tapmağınız məsləhətdir.

9. Kvadratın içərisini kvadrat və digər həndəsi fiqurlarla doldurmusunuzsa və həmin fiqurlar simmetrik bucaq təşkil edirlərsə, siz intizamlı bir şəxssiniz və işdə kollektivlə təşkilati işləməyi bacarırsınız. Çəkdiyiniz kvadratın kənarları əyridirsə və düzgün təsvir edilmiş həndəsi fiqura bənzəmirsə siz avtoritetləri qəbul etməyə meyilli omayan, tərs və inadkar birisiniz.

10. Əgər sadəcə dairələri bağlamısınızsa, daim dəstəyə və kimsə tərəfindən qorunmağa ehtiyacınız var və özünüz qərar verməyə üstünlük vermirsiniz. Bundan əlavə, uşaq ikən sizdə yaranan təxəyyüllər sizə böyük təsir edir. Yox əgər dairələri bağlamamısınızsa müstəqil, həyatda hər hnası bir məqsədə nail olan insansınız. Əgər sizdə insan qulağı alınırsa, qapalı xarakterə sahibsiniz. Təsvir fincan qulpunu xatırladarsa bu o dmeəkdir ki, sizdə valideynlik hisləri güclüdür.

11. Çəkdiyiniz təsvir sizə hər hansı stol üstü oyunu xatırladırsa, bu o deməkdir ki, özünə inamınız yüksək səviyyədədəri və rəqabətlərə hazırsınız. Qadınlar adətən bu fiquru kvadrat sxeminə və yaxud ev təsvirinə gətirib çıxarır. Bu adətən evdarlığın bir nişanəsi hesab edilir.

12. Şəkildə təsvir edilmiş nöqtələr adətən insanların təxəyyülünü işə salır. Əgər bu nöqtələri təsvirinizin əsas hissəsi kimi istifadə etmisinizsə (məs, quşun dimdiklədiyi yem) bu onu göstərir ki, sizin müvafiq təxəyyülünüz var. Yox əgər, nöqtələri birləşdirib dairə əmələ gətirdinizsə, sizin məntiqi düşüncəniz və tətbiqi ağlınız var.

4809143_original (1)

Son xəbərlər
Digər xəbərlər