21 C
Baku
Thursday, October 10, 2024

12 marşrut xəttinin sahibi dəyişdi – Siyahı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli, Sumqayıt-Quba şəhərlərarası, Mingəçevir 12 nömrəli şəhərdaxili, paytaxtın 108A və 169 nömrəli şəhərətrafı, 33 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Banker.az xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

  • “Bakı-Şabran-Bakı” marşrutu üzrə fiziki şəxs Qasımov Telman Əli oğlu;
  • “Bakı-Siyəzən-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Azad Məmmədhüseyn oğlu;
  • “Bakı-Ağcabədi-Bakı” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
  • “Bakı-İmişli-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Mustafayev Bakir Ayaz oğlu və Bayramova Ülviyyə Fəzail qızı;
  • Sumqayıt-Quba-Sumqayıt marşrutu üzrə fiziki şəxs – Abbasov Hüseyn Əliabbas oğlu və hüquqi şəxs “Sumqayıt-Nəqliyyat -1” MMC;
  • Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu üzrə fiziki şəxs Mustafayev Pərviz Biləndər oğlu;
  • Bakının 108A nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs  “BakuBus” MMC;
  • Bakının 169 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Bus Trans” MMC;
  • Bakının 33 nömrəli şəhərdaxili müntəzəm marşrutu üzrə hüquqi şəxs  “BakuBus” MMC;
  • 567 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “ENA Transport” MMC;
  • 592 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC;
  • 596 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə fiziki şəxs Orucov Malik Ələkbər oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.
Son xəbərlər
Digər xəbərlər