4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“1.2 milyonluq icarə müqaviləsi bağlayan obyektin sahibi deputatın oğludur”

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib – bununla bağlı normal məlumatlar yaymayıb”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.

İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb – müqavilənin dəyəri 1 milyon 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.

Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.

Bu da Azərbaycan fenomenidir – bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu “sirri” İskoç Bilim Adamları da çözə bilməz”.

Qeyd edək ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə Dövlət Vergi Xidmətinin sistemində Cavanşir Orxan Cavanşir və ya VÖEN-i 1404799542 ilə axtarış apardıqda “Bu ada uyğun VÖEN müəyyən edilmədi!” məlumatı çıxır.

Xatırladaq ki,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üçün yekunlaşdırdığı tenderin qalibi fiziki şəxs Cavanşir Orxan Cavanşirin əslində deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev olduğu bildirilir.

Son xəbərlər
Oxşar xəbərlər