12 C
Baku
Friday, March 29, 2024

12 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI

2020-ci ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Xalq Həyat ötən ilin və bu ilin sentyabr ayında ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Naxçıvansığorta” şirkəti (12 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “A-Qroup Sığorta” (artım 1%) və “Qala Sığorta”dır (artım 3%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “AXA Mbask” sığorta şirkətində (88% azalma), ən az azalma isə “Azərbaycan Sənaye Sığorta” şirkətində (5% azalma) qeydə alınıb.

Bildirək ki, “Amrah Sığorta” şirkətinin sentyabr ayı üzrə ödənişlərində illik müqayisədə artım müşahidə olunsa da, sığorta şirkəti bu ilin oktyabr ayında ləğv olunduğunu elan edib.

67

Son xəbərlər
Digər xəbərlər