İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı müraciəti əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 69 adda müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, məhv edilmiş məhsulların ümumi çəkisi 12.311,59 kq təşkil edib.
Qeyd edək ki, “AZ FP CO LTD” MMC bazarda “Milla” brendi ilə çıxış edir.