25 C
Baku
Saturday, July 27, 2024

12 yaşımıza özəl 12% endirim kampaniyası

®“Sizin Bankınız” şüarı ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərməyi,  bu istiqamətdə təklif və məhsullarını artırmağı özünə məqsəd seçən AFB Bank 12 yaşı münasibətilə 12% endirim kampaniyasına start verir. 

16.02.2021 – 28.02.2021-ci il tarixlərində, 12 gün ərzində “12 yaşımıza özəl kampaniya” çərçivəsində müştərilər “Nağd pul krediti” məhsulunun illik faiz dərəcələrinə 12% endirim tətbiq edilir. Rəsmi gəliri olan hər kəs istehlak kreditlərini 17,36%-dən başlayaraq əldə edə bilərlər. Bununla yanaşı müştərilər kreditin komissiyasına da 12 % endirim əldə edəcəklər. 

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər