28 C
Baku
Saturday, July 27, 2024

“Azersun Holding” işçilər axtarır – 5 yeni vakansiya

1. SOSİAL MEDİA MÜTƏXƏSSİSİ

Namizədə aid tələblər:

• Jurnalistika ixtisası üzrə ali təhsili olmalı;
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi olmalı;
• Azərbaycan dilində səlis şifahi və yazılı nitqi olmalı;
• Digital media gündəmini və inkişafını daim izləməli;
• Araşdıran, yeniliklərə açıq, yaradıcı olmalı;
• Digital məcralarda günlük məzmunların paylaşılmasını təmin etməli.

İş haqqında məlumat:

• Hər platforma üçün həftəlik və aylıq məzmun planlarının hazırlanması;
• Paylaşımlar haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
• Digital kampaniyaların planlaşdırılması;
• Sosial mediadan daxil olan sualların cavablandırılması;
• İzləyici sayını artıqmaq məqsədilə yeni ideyalar irəli sürmək.


2. SOSİAL MEDİA MÜDİRİ

Namizədə aid tələblər:

• Jurnalistika ixtisası üzrə ali təhsili olmalı;
• Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi olmalı;
• Azərbaycan dilində səlis şifahi və yazılı nitqi olmalı;
• Digital media gündəmini və inkişafını daim izləməli;
• Araşdıran, yeniliklərə açıq, yaradıcı olmalı;
• Digital məcralarda günlük məzmunların paylaşılmasını təmin etməli;
• Rus və ingilis dili biliyi olanlara üstünlük verilir.

İş haqqında məlumat:

• Hər platforma üçün həftəlik və aylıq məzmun planlarının hazırlanması;
• Paylaşımlar haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
• Digital kampaniyaların planlaşdırılması;
• Sosial mediadan daxil olan sualların cavablandırılması;
• İzləyici sayını artıqmaq məqsədilə yeni ideyalar irəli sürmək.


3. ONLAYN MEDİA PLANLAMA və SATINALMA MÜDİRİ

Namizədə aid tələblər:

• Tətbiqi riyaziyyat, İqtisadiyyat və Menecment ixtisası üzrə ali təhsili olmalı;
• Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi olmalı;
• Media planlama sahəsində sertifikatın olmalı;
• Analitik düşüncə qabiliyyəti olmalı;
• Ünsiyyətcil, komanda ilə birgə işləmə qabiliyyəti olmalı;
• MS Office proqramlarını yüksək səviyyədə bilməli.

İş haqqında məlumat:

• Markaların illik digital media planlaşdırma və satınalma strategiyalarının yaradılması;
• Digital platformada strategiyalar yaratmaq;
• Kampanyanın optimallaşdırılması proseslərinin həyata keçirilməsi;
• AdServer/Trafiker əməliyyatlarının əlaqələndirilməsi;
• Axtarış Matoru marketing inteqrasiyası;
• Dijital kampanyaların analiz edilməsi;
• Media şirkətləri və agentliklər arasında koordinasiya.


4. ONLAYN MEDİA PLANLAMA & SATINALMA MÜTƏXƏSSİSİ

Namizədə aid tələblər:

• Tətbiqi riyaziyyat, İqtisadiyyat və Menecment ixtisası üzrə ali təhsili olmalı;
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi olmalı;
• Media planlama sahəsində sertifikatın olmalı;
• Analitik düşüncə qabiliyyəti olmalı;
• Ünsiyyətcil, komanda ilə birgə işləmə qabiliyyəti olmalı;
• MS Office proqramlarını yüksək səviyyədə bilməli.

İş haqqında məlumat:

• Digital platformada strategiyalar yaratmaq;
• Ətraflı şəkildə aylıq planlamaları və satınalmaları həyata keçirmək;
• Kampanyanın optimallaşdırılması proseslərinin həyata keçirilməsi;
• AdServer/Trafiker əməliyyatlarının əlaqələndirilməsi;
• Axtarış Matoru marketing inteqrasiyası;
• Dijital kampanyaların raporlanması.


5 . Vizual Dizayner

Namizədə aid tələblər:

• Dizayner ixtisası üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
• Adobe Photoshop, Adobe Illustrator, Adobe Freehand, Corel Draw, 3-D Max proqramlarını yüksək səviyyədə bilməli;
• Mətbəə və media şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir.

İş haqqında məlumat:

• Reklam bannerlərinin hazırlanması;
• Sosial media məcraları üçün dizaynların edilməsi;
• Broşura, kataloq, e-bülleten, jurnalların reklam dizaynı;
• Reklam, afişa, loqo, korporativ məzmunlu işlərin həyata keçirilməsi;
• Konsepsiyanın inkişafı, çap hazırlığı və izlənməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı vakansiyanin adını qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər