7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qızıl hasilatı 3 dəfədən çox artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb. Bu ilin yanvar-oktyabr aylarında ölkədə 5 107,5 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 42,2% artaraq 433,5 kq təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər