20 C
Baku
Friday, October 11, 2024

124 investor ABB-nin səhmləri üçün maksimal imkandan yararlanıb

ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi zamanı 124 investor maksimal alış limitindən yararlanıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, həmin investorlar 400 000 ədəd səhmlər əldə ediblər.

ABB-nin səhm buraxılışına dair investisiya prospektindəki qaydaya görə, bir fiziki şəxs minimum olaraq 100, maksimum isə 400 000 ədəd səhm üçün sifariş vermə imkanı vardı.

İri həcmli səhm sifarişi verən investorların demək olar ki, hamısı 27 və 28 qəpiklik sifarişlər veriblər. Bu da ABB-nin səhmləri üçün müəyyən edilmiş 27 qəpikdən o qədər də çox deyil.

Banker.az-ın əldə etdiyi məlumatlara əsasən, ən böyük həcmli səhm sifarişi isə 459 691 ədəd olub. Sifarişin maksimal tələbdən çox olmasına səbəb indiyə qədər səhmdar olmuş şəxsin yenidən və eləcə də limitsiz səhm sifarişi vermə imkanın olması idi.

Yeni səhm sifarişi üzrə yalnız 32 investor səhmləri 28 qəpiyə əldə edib ki, bu da onların hər birinin dövlət bankına 112 min manat sərmayə qoyması deməkdir.

Son xəbərlər
Digər xəbərlər