15 C
Baku
Friday, March 29, 2024

Mark Facebook-a kriptovalyutaları əlavə etmək niyyətindən danışıb

Banker.az xəbər verir ki, Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberg gələcəkdə sosial şəbəkədə kriptovalyutalardan istifadə etmək imkanının yaradıla biləcəyindən bəhs edib.

Onun sözlərinə görə, son zamanlar iki vacib məsələ gündəmdədir – məlumatların şifrələnməsi və kriptovalyutalar. Hər iki trend “mərkəzləşmiş sistemlərin hakimiyyətini əlindən alır və onu xalqın əlinə qaytarır”.

Zükerberg öz Facebook hesabında yazıb: “Buna görə onları nəzarətdə saxlamaq çətin ola bilər. Bu texnologiyaların mənfi və müsbət cəhətlərinin daha dərindən öyrənilməsində və onlardan bizim xidmətlərdə necə yaxşı şəkildə istifadə edilməsində maraqlıyam”.

Son xəbərlər
Digər xəbərlər