İngiltərəli Brendon Grimshaw 13 min dollara Seyşel adalarında özünə kiçik tənha ada almış və ömürlük olaraq ora köçmüşdür. Brendon-un 40 yaşı olduqda o qəzet redaktoru vəzifəsini tərk etmiş və yeni həyata başlamışdır.
Bu zamana qədər artıq 50 il idi ki, adaya insan ayağı dəymirdi. Özünü adada əsl Robinzon Kruzo kimi hiss edən Brendon özünə yerli aborigenlərdən “Cümə” də tapmışdır. Onun adı 
Brendon və Laforten 39 il ərzində adada öz əlləri ilə 16 min ağac əkmiş və demək olar ki, 5 kilometrlik cığır salmışdılar. 2007-ci ildə Rene Laforten dünyasını dəyişir və Brendon adada tamamilə tək qalır.
Bu zaman onun 81 yaşı var idi. O 2000 yeni quş növü və artıq nəsli tükənməkdə olan tısbağa növündən 100-lərləsini adaya gətirmişdir. Atılmış və kimsəsiz ada əsl tropik cənnətə çevrilir.
Bir neçə il əvvəl Sudiyyə Ərəbistanı şahzadəsi Brendona ada üçün 50 milyon dollar təklif etsə də, o imtina etmişdi. O adanın zənginlər üçün tətillərini keçirdiyi bir yerə çevrilməsini istəmirdi və ən yaxşısı buranın hər kəsin yararlana biləcəyi milli park olmasını istəyirdi. O öz istəyinə nail olur və 2008-ci ildə ada milli park elan edilir.








