10 C
Baku
Cümə, Oktyabr 29, 2021

13 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI

2020-ci ilin ilk 6 ayında Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb. “Xalq Həyat” sığorta şirkəti isə cari ilin və ötən ilin müvafiq ayında sığorta ödənişi etmədiyindən müqayisə etmək mümkün deyil.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Amrah Sığorta” və “Naxçıvansığorta” şirkəti (4 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “A-Qroup Sığorta” və “Qala Sığorta” şirkətidir. (artım 5%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “AXA Mbask” sığorta şirkətində (89% azalma), ən az azalma isə “Azərbaycan Sənaye Sığorta” şirkətində (7% azalma) qeydə alınıb.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

Həmçinin avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi daxildir.

sio

Son xəbərlər
Oxşar xəbərlər