2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Xalq Həyat” Sığorta ötən il ödəniş etmədiyindən, “Aqrar” Sığorta və Meqa Həyat Sığorta yeni yarandığından müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Naxçıvansığorta” şirkəti dayanır.
Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “İpək Yolu Sığorta” şirkətində (79% azalma) qeydə alınıb.