10 C
Baku
Thursday, December 12, 2024

13 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI

2020-ci ilin ilk 5 ayında Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 6-nın ödənişləri azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Xalq Həyat ötən ilin və cari ilin may ayında, Naxçıvan Sığorta isə bu il ödəniş etmədiyindən müqayisə mümkün deyil.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Amrah Sığorta” şirkəti (4 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “A-Qroup Sığorta” şirkətidir (artım 2%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “AXA Mbask” sığorta şirkətində (92% azalma), ən az azalma isə “Azərbaycan Sənaye Sığorta” şirkətində (6% azalma) qeydə alınıb.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

 

50

Son xəbərlər
Digər xəbərlər