21 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Sənan” market | Binəqədi rayonu, Biləcəri ştq, R.İsmayılov küç., ev 6C | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Saxta alkoqollu içkilərin satışı |
2 | “Elmar” market | Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ev 6, m. 5 | 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | Mustafayev Elbəyi Baba oğluna məxsus market | Masallı rayonu, Təzə Alvadı kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Alvadı” market | Masallı rayonu, Təzə Alvadı kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Hüseyn” market | Masallı rayonu, Təzə Alvadı kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 | “Əli” market | Masallı rayonu, Təzə Alvadı kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | “Zeytun” aptek | Ağstafa şəhəri, H.Əliyev pr., ev 1 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 | “Docta” aptek | Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küç., ev 44 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 | “Docta” aptek | Ağstafa şəhəri, H.Əliyev pr., ev 4 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 | “Docta” aptek | Ağstafa şəhəri, H.Əliyev pr., ev 16 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri | |||
11 | “Şam Bağı” kafesi | Gəncə şəhəri, S.Ruhulla küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
12 | Abdullayeva Günay Əmrah qızına məxsus şirniyyat evi | Ağstafa şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 | “Sümayə” dönər evi | Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |