22 C
Baku
Thursday, April 25, 2024

130 bank iqlimin qorunması uğrunda mübarizəyə qoşulur

Kredit qurumlarının neft-qaz şirkətlərinə münasibətlərini yenidən nəzərdən keçirmələri gözlənilir.

Banker.az xəbər verir ki, aktivləri 47 trilyon dollar və ya qlobal maliyyə sənayesinin üçdə biri qədər olan kredit təşkilatları sentyabrın 23-də BMT tərəfindən dəstəklənən “məsul bankçılığın” yeni prinsiplərini imza atıblar. Bu haqda UNEP Finance Initiative məlumat verir. Yeni prinsiplər iqlim dəyişikliyinə qarşı mübarizə məqsədi daşıyır və Reuters agentliyinin verdiyi məlumata görə, neft-qaz şirkətlərə kreditlərin verilməsi məsələsinə təsir göstərə bilər.

“Deutsche Bank”, “Citigroup” və “Barclays” da daxil olmaqla ümumilikdə sazişə 130 bank qoşulub. Nyu-Yorkda keçiriləcək BMT sammitindən öncə keçirilən bu görüşdə, banklar qlobal iqlim fəlakətinin qarşısını almaq üçün qüvvələrini birləşdirməyə razı olublar.

“Bu prinsiplər o deməkdir ki, banklar kreditlərinin yalnız portfellərinə deyil, həmçinin cəmiyyətə olan təsirini də nəzərə almalıdırlar”, – deyə BMT-nin Cenevrə təşəbbüsünün ətraf mühitin maliyyələşdirilməsi üzrə bank qrupunun rəhbəri Saymon Detlinq bildirib.

“Bank sənayesi iqlim dəyişikliyi və digər ətraf mühit problemləri ilə əlaqəli riskləri planlaşdıraraq, aşağı karbonlu və iqlim dəyişikliyinə qarşı davamlı olan iqtisadiyyata keçidi stimullaşdıra bilər”, – UNEP-in icraçı direktoru İnqer Andersen qeyd edir.

UNEP ekspertlərinin fikrincə, qlobal istiləşmə probleminin həlli ildə 12 trilyon dollar qənaət etməyə kömək edəcəkdir və 2030-cu ilə qədər iş yerlərinin sayı 380 milyon artacaq.

Bundan əlavə, uzunmüddətli perspektivdə banklar Amazon, Cənub-Şərqi Asiya və digər bölgələrdə meşələrin qırılmasına töhfə verən yanacaq və aqrobiznes sahəsindəki layihələri maliyyələşdirməyi dayandıra bilər. Banklar onlar üçün daha vacib olanı seçməli olacaqlar: “çirkli” sahələrdən olan müştərilər və ya imzalamış tərəf statusu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər