7 C
Baku
Sunday, December 15, 2024

130 nəfər koronavirusa qalib gəlib

Çində 130-dan çox insan təhlükəli xəstəlikdən sağalıb.

TASS agentliyi xəbər verir ki, Çinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nüməyəndəsi Çjan Çzyun bildirib ki, koronavirusla mübarizə ölkənin əsas prioritetidir və bu istiqamətdə artıq ilkin addımlar atılıb.

“Əvvəl mütəxəssislər virusun təbiətini və onunla necə mübarizənin aparmağın yollarını bilmirdilər. İndi isə bu istiqamətdə irəliləyiş var və bu virusu digər oxşar xəstəliklərdən ayırd edə bilirlər. Bunun sayəsində artıq 130-dan çox insan bu təhlükəli xəstəlikdən sağalıb”, – deyə  Ç.Çzyun bildirib.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər