27 C
Baku
Saturday, July 27, 2024

130 ölkə beynəlxalq vergi islahatını dəstəkləyib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının verdiyi məlumata görə, 130 ölkə böyük şirkətlər üçün beynəlxalq vergi sisteminin tətbiq olunmasını dəstəkləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Plana əsasən minimum vahid vergi dərəcəsi 15% olacaq. Sistemin işə düşməsi üçün ölkələr müvafiq qanunlar qəbul edəcəklər.

“İki hissədən ibarət olan bu paket böyük transmilli korporasiyaların qazanc əldə etdikləri yerdə vergi ödəmələrini qaydaya salmaq üçün hazırlanmışdır”, – təşkilatın veb-saytında deyilir.

Hesablamalara görə, dünya ölkələri verginin ödənilməməsi səbəbindən hər il 100 milyard dollardan 240 milyard dollara qədər itirirlər. “İllərlə davam edən gərgin iş və danışıqlardan sonra bu tarixi razılaşma böyük transmilli şirkətlərin ədalətli vergi paylarını ödəməsini təmin edəcək”, – deyə təşkilatın baş katibi Matias Korman qeyd edib.

Son xəbərlər
Digər xəbərlər