Qismən səfərbərlik çərçivəsində qoşunlara müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1300-dən çox nümayəndəsi göndərilib. Bundan əlavə, 27 mindən çox sahibkar səfərbər edilib. Çağırış vərəqəsinin gəlməsini gözləmədən 13 min vətəndaş çağırış məntəqələrinə gəlib və könüllü olaraq qoşunlara göndərilib. Müdafiə nazirinin sözlərinə görə, səfərbər olunanların orta yaşı 35 olub”.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə hesabat verərkən deyib.
Prezidentin tapşırığı ilə qismən səfərbərlik çərçivəsində 300 min nəfər çağırılmalı idi. Şoyqu bəyan edib ki, hərbi xidmətdə olanlar Ukraynadakı xüsusi əməliyyat zonasına göndərilməyəcək .
Qeyd edək ki, sentyabrın 21-də Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Dövlət başçısının sözlərinə görə , qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan, təcrübəsi olan vətəndaşlar hərbi xidmətə çağırılıb. Oktyabrın 14-də Putin 222 min nəfərin hərbi xidmətə çağırıldığını açıqlamışdı və səfərbərlik tədbirlərinin “iki həftə ərzində” tamamlanacağını bildirmişdi.