$133 mln. sərmayəyə malik olan Basis layihəsi bağlanacaq və sərmayəçilərə pulu qaytarmalı olacaq

0
Distributed ledger technology , bitcoin icon with hexagonal symbol blue background , cryptocurrencies or bitcoin concept , flare light , 3D illustration

Komanda sabit kurslu kriptovalyutanı yaratmaq istəyib, lakin ABŞ-ın qanunverici orqanlarının tələblərini nəzərə almayıb.

Amerikanın Intangible Labs şirkəti, sabit kurslu Basis kriptovalyutanın yaradılması layihəsini bağlayacaq. Banker.az xəbər verir ki, bu haqda öz fikrini Intangible Labs şirkətinin rəhbəri olan Nader Al-Naci layihənin internet saytında açıqlayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2018-ci ilin aprel ayında Basis, Google Ventures, Andreessen Horowitz, Bain Capital Ventures, Stenli Drakenmiller və başqaları kimi böyük investorlarları cəlb edərək onlardan $133 milyon sərmayə ala bilib. Hal-hazırkı vəziyyətə uyğun olaraq Al-Naci bütün pulları sərmayəçilərə qaytarmağı vəd edib.

Basis komandası, digər  kriptovalyutalara nisbətən daha az dəyişkən bir kriptovalyuta yaratmaq istədi. Basis modeli qiymətlər aşağı düşdükdə tokenlərin avtomatik olaraq alınmasını, artdıqda isə yeni tokenlərin buraxılmasını nəzərdə tutmuşdur. 

Layihə rəhbəri, Basis layihəsinin bağlanmasını, ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) tətbiq etdiyi qaydalardan irəli gələn çətinliklərlə əlaqələndirmişdir. 2017-ci ilin iyul ayından etibarən tənzimləyici, buraxılan bütün tokenləri qiymətli kağızlarla bərabərləşdirmişdir. Nəticədə, birinci ildə Intangible Labs, tokenlərin alışını ABŞ-da akkreditə olunmuş sərmayəçilərlə məhdudlaşdırmalı idi, Əl-Nacin Forbes ilə söhbətində izah edib.

“Təəssüf ki, ABŞ-ın qiymətli kağızların tənzimləmə qaydaları sistemi bizim planlarımıza mənfi təsir etdi.  Bütün normativ sənədləri nəzərdən keçirmiş hüquqşünaslar, qiymətli kağız statusundan qaça bilməyəcəyimizi bildiriblər.