27 C
Baku
Wednesday, July 24, 2024

135 ildə ilk rebrendinq: “Johnson & Johnson” loqosunu dəyişib

Amerikanın “Johnson & Johnson” holdinqi ilk dəfə olaraq loqosunu yeniləyib. Bu, tibbi texniki həllər bazarında inkişaf etmək planları ilə bağlıdır. Qeyd edək ki, “Johnson & Johnson” köhnə loqodan 135 ildən çox, 1887-ci ildən istifadə edib.

Şirkət tibb və əczaçılıq seqmentlərini vahid brend altında birləşdirib. “Janssen” adlı əczaçılıq seqmenti “Johnson & Johnson Innovative Medicine” adını alıb, tibbi texnologiya seqmenti isə “Johnson & Johnson MedTech” kimi qalıb.

download 9
Johnson & Johnson-un sahib olduğu markalar

Mətbuata açıqlamada bildirilib ki, yeni loqo “təəccüb və insanlıq hissi yaradır”, ampersand isə (“və” birləşməsini əvəz edən “&” loqoqramı) “qayğıkeş insanın təbiətini” nümayiş etdirir.

Qeyd olunur ki, tədricən yeni loqo, rənglər və şrift şirkətin bütün məhsul və qablaşdırmalarında tətbiq ediləcək.

Son xəbərlər
Digər xəbərlər