Azər Türk Banka yeni departament direktoru təyin edilib.
Bankın mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışmışdır.
Xatırkadaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.