Layihə meneceri üzrə tələblər
- Layihə idarəetməsi sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Layihə üzrə tələb və tapşırıqların hazırlanması;
- Layihənin mərhələlərini detallı şəkildə müəyyən edən, layihənin müddəti,resursları, iştirakçıları və xərclərini əks elətdirən iş cədvəlinin tələb olunan formada hazırlanması;
- Layihənin vaxtında, lazımı resurs, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsinin təmin edilməsi/koordinasiyası;
- Layihənin icra dövrü ərzində layihə komanda üzvlərinin koordinasiyasının təşkil edilməsi və onların düzgün istiqamətləndirilməsi;
- Layihənin icra statusu və gedişatı ilə bağlı standart reqlament çərçivəsində görüşlərin təşkil edilməsi (ən azı həftəlik), görüş nəticələrinin protokollaşdırılması;
- Daimi əsasda layihənin gedişatı barədə layihə rəhbəri və layihə sifarişçisinin məlumatlandırılması, xüsusilə də plan/fakt təhlillərinin nəticələrini, plandan yayınmaları, əlavə yaranan xərclər barədə hesabatların hazırlanması və təqdim edilməsi;
- Layihənin icrasında qarşıya qoyulmuş hədəflərə çatmaq yolunda komanda üzvlərinə maneə yaradan faktorların aradan qaldırılması istiqamətində tədbirlərin təşkil edilməsi;
- Layihədə hər hansı bir edilmiş dəyişikliklərə baxılması və təsdiqinin koordinasiya edilməsi;
- Layihənin yekunlaşdırılması, layihə üzrə yekun hesabatın hazırlanması və layihənin arxivləşdirilməsinin təmin edilməsi.
http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq
CV-ləri [email protected] poçt ünvanına göndərərək
Mövzu hissəsində “Layihə meneceri” qeyd etmək tələb olunur