Məşhur “YouTube” videoportalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub və atışma törədən qadın öldürülüb.
Bu barədə MSNBC telekanalı məlumat yayıb.
Məlumata görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.
ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5-dək yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.
Qeyd edək ki, aprelin 2-də gecə saatlarında “Youtube”-nin fəaliyyətində problem yaranmışdı. Dünyanın bir çox ölkələrində bu sosial şəbəkənin fəaliyyəti dayanmışdı. “Youtube” ofisi sistemdə texniki nasazlıq olduğu və bunun aradan qaldırılması üçün iş aparılması barədə açıqlama yaymışdı.