Vergilər Nazirliyi “Competo” MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Mircamal Hafiz oğlu Paşayevdir (holdinqin rəhbəri).