11 C
Baku
Şənbə, Noyabr 27, 2021

“PAŞA Bank” 2020-ci ilədək hədəflərini açıqlayıb

“2017-ci ildə bankda hüquqi şəxslərin sayı 45% artaraq 5000 nəfərə yüksəlib. Hüquqi şəxslərlə əməliyyatların sayı 70 faiz artaraq 363 min ödəniş sayı təşkil edib.
Bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov bankın ilk rüb üzrə maliyyə göstəricilərindən danışarkən deyib.

Onun sözlərinə görə, ümumi dövriyə 35% artaraq ÜDM-in 30-35 faizinə bərabər olub. “Hazırda kiçik və orta sahibkarlıqla bağlə portfelimizi 25 milyon manatdan 170 milyon manatadək artırmaq niyyətimiz var. Bu təxminən 7 dəfə artım deməkdir. 2020-ci ilədək “PAŞA Bank Azərbaycan”ın ümumi portfeli 1 milyard manatdan 2 milyarda yüksəltmək istəyirik. Aktivlərimiz 5,2 milyarda çatmalıdır,” – deyə T. Kazımov qeyd edib.

T.Kazımov əlavə edib ki, 2020-ci ilədək bank bütün əməliyyatlarını 90% rəqəmsallaşdıracaq: “Bununla yanaşı “PAŞA Bank” filial şəbəkəsini genişləndirəcək. “Filiallarımızda müştərilərə konsultasiya-məsləhət xidmətləri göstəriləcək”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X