Türkiyənin Emlak Katılım Bankının baş direktor vəzifəsində 14 ay işlədikdən sonra vəzifəsindən azad edilən Deniz Aksuya maaşı və idarə heyətinin üzvlük haqqından başqa 694 min lirə (70 320 AZN) təzminat ödənilib. Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu təzminat Türkiyə Böyük Millət Məclisinin Komissiya iclasında müzakirə mövzusu olub.
Hazırki baş direktor Nevzat Bayraktar məbləğlə bağlı “bankçılıq təzminatı olaraq ödənilib” deyə açıqlama verib. Hesablama Məhkəməsi isə ödənilən təzminata qarşı çıxaraq məsələnin məhkəməyə verilməsini istəyib. Belə ki, Hesablama Məhkəməsinin əmək müqaviləsinə xitam verilən baş direktora 694 min 820 lirə məbləğində ödənişlərin məhkəmə yolu ilə araşdırılmasını istəyib.
Qeyd edək ki, Deniz Aksu Albaraka Katılım Bankının baş direktor müavini vəzifəsində işləyib, 2018-ci ilin avqustunda Emlak Katılım Bankının baş direktoru və idarə heyətinin üzvü vəzifəsinə keçib. 14 aydan sonra – 2019-cu ilin oktyabrında vəziəsindən kənarlaşdırılıb.