Azərbaycan banklarının filialları və ATM sayında son bir ayda artım göstəriciləri açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən xəbər verir ki, illik müqayisədə son bir ildə 25 yeni bank filialı açılıb, 14 bank şöbəsi bağlanıb. ATM-lərin sayı isə 239 ədəd artıb.
İyul ayında isə ölkədə bank filiallarının sayı dəyişməz olaraq qalıb. Cəmi bir bank şöbəsi açılıb, ATM-lərin sayı isə 2 804-dən 2 824-ə qalxıb. Belə ki, bir ayda ATM-lərin sayı 20 ədəd artıb.