14 İyul tarixində Rabitəbank özünün 25 illik yubileyini 700 nəfərlik işçi heyəti ilə möhtəşəm şəkildə qeyd edib
Tədbir Dreamland Qolf Klubunda baş tutub. Açılışına bankın 25 illik fəaliyyətinə həsr olunmuş korporativ film ilə başlanılan tədbirin rəsmi hissəsində ilk çıxışı bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev edib. Rabitəbankın yarandığı ilk günlərdən, 1993-cü ildən başlayaraq bugünə qədər keçilən yoldan və gələcək planlardan danışan sədr hər kəsi təbrik edərək növbəti uğurlara kökləyib. Daha sonra bank rəhbərliyi növbə ilə çıxış edərək komandanı təbrik edərək fərqlənən işçilərə müxtəlif hədiyyələr təqdim ediblər.


Tədbir qızmar keçən yay fəslinin və qızğın iş ilinin tən ortasında bütün komandanın bir günlük də olsa iş stresindən uzaq olmağa və növbəti illər, növbəti uğurlar üçün motivasiya olmağa kömək edib.












