-1 C
Baku
Sunday, December 15, 2024

“14 mln. manatlıq tenderi udur, ancaq adicə saytı yoxdur”

“Bir neçə gün öncə maraqlı bir məlumat açıqlanıb. Keçmiş adı BTRİB olan “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) dövlət qurumu “DG Telecom” adında bir şirkətlə 14 milyon manatlıq müqavilə imzalayıb.”

Banker.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib.

ELƏCƏ DƏ BAX: Azərbaycanda iş adamı: “Tenderlərin 90%-də qaliblər əvvəlcədən məlum olur”

Ekspert qeyd edib ki, “Baktelecom” Bakı və Bakıətrafı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adıçəkilən quruma 14 milyon manat vəsait ödəyəcək:

“Bu məqsədlə tender keçirilib və “DG Telecom” tenderi udub. Təxminən 25 ildir ki, bu sektordayam. Belə bir İKT qurumu tanımadığımdan, istədim ki, saytına baxıb dəqiqləşdirim. Məlum oldu ki, nə bu qurumla bağlı hansısa bir rəsmi sayt var, nə də ki normal bir məlumat tapmaq olur. Qəribədir ki, dövlət qurumu olan Baktelecom 14 milyon vəsait verməyə hazırlaşdığı bu telekommunikasiya və internet şirkətinə heç olmasa, adi bir sayt hazırlatdıra bilməyib”.

Son xəbərlər
Digər xəbərlər