10 C
Baku
Thursday, November 14, 2024

14 yaşlı oğlan öz startapını 30 milyon dollara satmaqdan imtina etdi

Now This News nəşrinin verdiyi məlumata görə, 14 yaşlı Taylor Rozental özünün RecMed adlı ilk tibbi yardımın göstərilməsi ilə bağlı vasitələrin satışı ilə məşğul olan ticarət avtomatını 30 milyon dollara satmaqdan imtina etmişdir.

Taylor Rozental öz ideyasını Bruklində TechCrunch Disrupt konfransında təqdim etmişdi və o artıq ideyasının reallaşdırılması üçün 100 000 dollar investisiya cəlb etməyə nail olub. Bununla belə o, adı açıqlanmayan alıcının 30 milyon dollarlıq təklifini rədd edib. Azyaşlı biznesmen bir ədədinin dəyəri 5500 dollar olan ilk 100 ticarət avtomatının istehsalı ilə bağlı sifariş qəbul edib. Sifarişi verən isə Amerikanın əyləncə parkları şəbəkəsi olan Six Flags şirkətidir.

Rozental özünün Round House şirkətini məktəbdən tapşırıq olaraq verilən layihə işi zamanı yaratmışdır. Gələcək avtomatın dizaynını isə tibb sənayesində işləyən valideynləri ilə birgə yaratmışdır.

RecMed avtomatları günəş yanıqları, kəsiklər, arı sancması zamanı lazım ola biləcək ilk tibbi yardım ləvazimatları, həmçinin bintlər, rezin əlçəklər, salfetlər satacaq. Bu ilk yardım ləvazimatlarının qiyməti isə 5-20 dollar arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər