İnzibati işçi (Bakı) – KredAqro

İnzibati işçi (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İnzibati işçivəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

“KredAqro” BOKT MMC-nin Baş Ofisində kargüzarlıq işinin aparılması;
Təşkilat adından göndərilən və daxil olan rəsmi məktubların hazırlanmasının, qeydiyyatının aparılmasının və aidiyyatı işçilərə çatdırılmasının həyata keçirilməsi;
Təşkilatın işçiləri üçün etibarnamələrin hazırlanması;
Təşkilatın fəaliyyəti ilə bağlı müvafiq müqavilələrin elektron reyestrinin aparılması və qoruyub saxlanılması;
Təşkilatın işçilərinin biznes səyahəti üçün müvafiq təşkilatı işlərin aparılması;
“KredAqro” BOKT MMC-nin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi:

Tələb olunan keyfiyyətlər:

Ali təhsil;
Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində İnzibati işçiqeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər