13 C
Baku
Friday, March 29, 2024

1428 yeni iş yeri açılır, 48 mln. manatlıq kredit verilib

2021-ci ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.

Banker.az Sahibkarların İnkişafı Fondundan əldə etdiyi məlumata əsasən xəbər verir ki, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1428 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilən dövr ərzində kreditlərin layihə sayı üzrə 99.8%-i, kreditin məbləği üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin layihə sayı üzrə 94,6%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşür. Kreditin məbləğinə görə verilmiş kreditlərin 82%-ni kənd təsərrüfatı məhsulları istehsalı və sənaye məhsullarının istehsalı və emalı təşkil edir.

Son xəbərlər
Digər xəbərlər