“16 yaşına qədər işçilərdə məzuniyyət günləri 42 təqvim gününə qədər, 16 yaşdan 18 yaşına qədər olanlarda isə məzuniyyət günü 35 təqvim gününə qədər nəzərdə tutulur”.
Bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin məsləhətçisi Günel Baxşıyeva xidmətin “Facebook” sosial şəbəkəsi üzərindən yayımlanan “Sosial saat” efirində deyib.
O bildirib ki, əlilliyi olan 18 yaşınadək olan işçilərdə isə məzuniyyət günü minimum müddət kimi 42 təqvim günü nəzərdə tutulur:
“Qanunla onların fizioloji vəziyyətləri nəzərə alınır”.