13 C
Baku
Sunday, September 29, 2024

15 ayın trendi pozulur: Azərbaycanda dövlət istiqrazlarının gəlirliliyi arıtmağa başladı

14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0108037885 ISIN-li) 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a bu barədə BFB-dən bildirilir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 91.8891 (8%) və 101.74 (5.5962%) manat olan 17 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2893 (5.7%) manat, orta ölçülmüş qiyməti 101.4359 (5.6661%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 100 920 400 manat, yerləşdirilmiş həcmi isə 20 000 000 manat təşkil edib.

Qeyd edək ki, pandemiyanın start ilinin sentyabr ayının ilk hərracında dövlət istiqrazlarının gəlirliliyi 10.94%-ə qədər yüksəlmişdi. Həmin maksimumlardan bu tərəfə hərraca qədər isə enişlə müşahidə edilirdi. Sonuncu hərracda, dekabr ayının 7-də istiqrazların gəlirliliyi orta ölçülmüş qiyməti 5.5151%-ə qədər düşmüşdür.

34223323

Bugün hərracda satılan istiqrazların ödəmə tarixi 8 dekabr 2026-cı il.

Hərrac iştirakçıları 15 dekabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər