15 C
Baku
Sunday, November 24, 2024

15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, həmçinin istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Agentlik tərəfindən bioloji aktiv qida məhsulları ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb. Belə ki, həmin məhsulların bitki tərkibli olduğu bəyan edilsə də, aparılan müayinələr nəticəsində nümunələrdə bioloji aktiv qida məhsullarının tərkibində olmasına yol verilməyən təsiredici maddələr aşkarlanıb. Bu isə həmin məhsulların tərkib və etiket məlumatları ilə bağlı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, bioloji aktiv qida məhsulu adı ilə istehlakçılara qida məhsullarının tərkibində istifadəsinə yol verilməyən məhsulu təklif etməklə onların sağlamlığı üçün ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər. Faktla bağlı bu müəssisələrə məxsus anbarlarda aşkarlanmış ümumilikdə 7362 ədəd məhsulun satışı qadağan edilib və bugünədək 2550 ədəd məhsulun aptek şəbəkələrindən geri çağırılması təmin olunub. Hazırda bu proses davam etdirilir.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.

Uyğunsuzluq aşkar edilmiş məhsullar aşağıdakılardır:

Məhsulun adı İstehsalçı İdxalçı Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixləri Aşkar edilmiş uyğunsuzluq
1. “Sessoday” “Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti”;
Türkiyə Respublikası
“Bion Medical” MMC SD00522;
01.05.2023-01.05.2026
Tadalafil
2. “Kenzo Man” “XM World Wide Marketing Kozmetik İlaç Pazarlama San. Dış Tic. Ltd. Şti”;
Türkiyə Respublikası
KM00525;
01.11.2023-01.11.2026
3. “Kentavr” “Vitapharm-Com” MMC;
Moldova Respublikası
KTV/C-010122; 04.01.2022-04.01.2025 Sildenafil
4. “Klavin Platinum” “Vitapharm-Com” MMC;
Moldova Respublikası
“Miral” MMC CVP/C-020220;

15.11.2023-15.11.2026

Sildenafil
5. “Atom” “Vitapharm-Com” MMC;
Moldova Respublikası
“Biogen Pharm” MMC ATM/C-010423; 24.07.2023-24.07.2026
6. “Forsaj” “Vitapharm-Com” MMC;
Moldova Respublikası
FRJ/C-020723; 03.07.2023- 03.07.2026
7. “Mirinda Pasta” “ACDC Kozmetik Sanayi ve Ticaret A.Ş”;

Türkiyə Respublikası

“Nano Pharma-F” MMC 001;
30.04.2023- 30.04.2026
8. “Silovest” “Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş”;

Türkiyə Respublikası

“Vest-Far” MMC 307;
10/2023-10/2026
Tadalafil
9. “Wolf Power Max” “Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti”; Türkiyə Respublikası “Raffoce” MMC WP 00540; 21.07.2023- 21.07.2026 Tadalafil

 

10. “Supermax Men`s” “Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti”; Türkiyə Respublikası Fiziki şəxs Səmədov Azər Mailxan oğlu SM 00551; 01.01.2023-01.01.2026
11. “XY Men” “CosmoActive İlaç A.Ş.”;
Türkiyə Respublikası
0004;

04.01.2024-04.01.2027

12. “Energon” “Saşera-Med” MMC;  Rusiya Federasiyası “Vest Pharma” MMC 01;
25.10.2023- 25.10.2026
Sildenafil, Tadalafil
13. “Eromen” “Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş”;

Türkiyə Respublikası

“Sunay Medical Company” MMC 633;
12/2023-12/2026
14. “Mersi” “Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti”; Türkiyə Respublikası “EN Life Group” MMC MS 00204; 01/2023-01/2026
15. “Febulus” “Saşera-Med” MMC;  Rusiya Federasiyası “Glorious Pharmacy” MMC 01;

04.01.2022-04.01.2025

 

Son xəbərlər
Digər xəbərlər