15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün Azərbaycandakı İsrail səfirliyinə müraciət edib.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib. O əlavə edib ki, daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət edib: “Hesab edirəm ki, söhbət “ağıllı” şəhərlərin tikintisindən “yaşıl” enerji, kənd təsərrüfatı, xəstəxana, SPA mərkəzi tikintisinədək müxtəlif layihələr üçün müraciət edən onlarla şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən asılı olmadan fəaliyyət göstərir”.