23 C
Baku
Sunday, July 6, 2025

“15 ildə iqtisadiyyatımıza $250 milyard sərmayə qoyulub” – Prezidentin Davosdakı müsahibəsi

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb. 
Banker.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.
“Rossiya 24” telekanalının aparıcısı dedi: Bəzi ölkələrin beynəlxalq təşkilatların qərarlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə seçici yanaşması mövcud dünya quruluşuna mənfi təsir edir. Qaydaların pozulması ölkələr arasında gərginliyə gətirib çıxarır, qarşılıqlı fəaliyyətin səviyyəsi aşağı düşür və biznesi aparmaq çətinləşir.
Bu fikirləri həmkarım Nailə Əsgərzadəyə müsahibəsində Davos İqtisadi Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Həmin müsahibəni təqdim edirik.
– İlham Heydər oğlu, suallarımıza cavab verməyə razılaşdığınız üçün çox sağ olun. Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?
– Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur.
– Ötən ilin sonunda məlum oldu ki, Amerikanın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?
– Belə təcrübə əvvə
Son xəbərlər
Digər xəbərlər