14 C
Baku
Tuesday, December 2, 2025

1,5 milyonluq dələduzluqda təqsirləndirilən əmlak agentliyinin direktoru və menecerlərinə hökm oxunub

Külli miqdarda dələduzluqda təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri – Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə kecirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Oqtay Zərbəlıyev 7 il, Orxan Əliyev 5 il, Natiq Şahmuradov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirərək verdikləri vədlərə əməl etməyiblər. Hər üç şəxsə qarşı cinayət məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər